Qadın həndbolçularımız Gürcüstanın yığma komandasına qalib gəliblər

22.06.2022
2403
Paylaş:

Qadın  həndbolçulardan  ibarət  yığma  komandanın  hazırlığı  davam  edir.  Prosesə  Bakıda  təşkil  olunan  təlim-məşq  toplanışı  ilə  start  verən  həndbolçularımız  iyunun  16-dan  Gürcüstandadırlar.
Komandamız  baş  məşqçi  Slavisa  Ristiçeviç  və  köməkçi  məşqçi  Fuad  Yangildinin  rəhbərliyi  ilə  Tbilisidə  keçirilən  hazırlıqda  Gürcüstan  millisi  ilə  iki  yoxlama  görüşünda  qüvvəsini  sınayıb.
İyunun  18-də  keçirilən  birinci  qarşılaşma  28:17  hesabı  ilə  yığmamızın  xeyrinə  başa  çatıb.
İki  gün  sonra  təşkil  olunan  növbəti  yoldaşlıq  görüşü  də  Azərbaycan  təmsilçisinin  üstünlüyü  ilə  yekunlaşıb  -  26:16.
Qeyd  edək  ki,  V  İslam  Həmrəyliyi  Oyunlarına  hazırlıq  məqsədi  daşıyan  təlim-məşq  toplanışına  iyunun  24-da  yekun  vurulacaq.

Digər Xəbərlər

Azərbaycan çempionatı: “U-17” - “Bakı” 15:50 (12:23)

1429 02.12.2024

Çimərlik həndbolu üzrə ikinci ölkə çempionatı başlanır

2278 18.08.2017

"Azəryol" inamlı qələbə qazanıb

2617 23.12.2017

“Azəryol” daha bir inamlı qələbə qazanıb.

2495 14.10.2017

Millimiz Portuqaliya ilə oyunlara hazırlaşır

2371 17.10.2022

“Bakı” komandası “Qraçanisa” kollektivi ilə qarşılaşıb

2212 28.10.2022

Azərbaycan Həndbol Federasiyasının ofis ünvanı dəyişib

2505 29.04.2017

“Nur” komandası növbəti yoxlama oyununu da qələbə ilə bitirib

2616 09.09.2017