Yeniyetmə həndbolçular ölkənin ən güclüsünü müəyyənləşdirəcək

27.06.2024
724
Paylaş:

Həndbol üzrə qızlar və oğlanlar arasında Azərbaycan birinciliyinin final mərhələsinə start verilir. 


Gənclər və İdman Nazirliyi,  Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışlarda 2008-ci il və aşağı yaşlı yeniyetmələr iştirak edəcək. Həm oğlanların,  həm də qızların turnirində 6 komanda mübarizə aparacaq. Oğlanlar arasında ölkə birinciliyinin final mərhələsinə Bakının 2 təmsilçisi ilə yanaşı, 4 region komandası – Cəlilabad, Lənkəran, Mingəçevir və Qazax həndbolçuları vəsiqə qazanıb. Qızların mübarizəsində isə həlledcici mərhələdə paytaxtın 3 komandası, həmçinin Şirvan, Gəncə və Göygöl kollektivi fəxri mükafat uğrunda yarışacaq. Komandalar 2 qrupda mübarizə aparacaq. Azərbaycan birinciliyinin reqlamentinə əsasən qrupda ilk iki yeri tutan kollektivlər mübarizəni “play–off”da davam etdirəcək. Belə ki, A qrupunun lideri B qrupunda ikinci yerin sahibi ilə yarımfinalda üz-üzə gələcək.


 İyunun 28-dən 30-dək davam edəcək turnirin görüşləri “AHF Arena” idman kompleksində keçiriləcək. Yarışın qaliblərinə diplomlar təqdim olunacaq.

Digər Xəbərlər

Həndbol üzrə U-17 komandamız Gürcüstan millisinə qalib gəlib

1316 04.05.2023

Lider paytaxtda xal itirdi

869 12.02.2024

Həndbol üzrə yığmamız Tbilisidə təlim-məşq toplanışında iştirak edir

1379 07.07.2023

Millimiz Bolqarıstanda növbəti oyununu keçirib

1484 27.04.2023

“Kür” zirvəni qoruyur

197 19.02.2025

Azərbaycan kubokunda ilkin mərhələ yekunlaşdı

1300 30.01.2020

Azad Rəhimovun vəfatından bir il ötür

1317 30.04.2022

İrəli, Azərbaycan əsgəri, qələbə bizimlədir!

2160 01.10.2020