Həndbol üzrə Azərbaycan kuboku yarışına yekun vurulub.
Kişilərin final görüşündə “Azəryol” və “Bakı” komandaları üz-üzə gəliblər. “AHF Arena”da keçirilən oyun gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Finaladək inamla irəliləyən rəqiblərin duelində “Azəryol”un imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar. İlk hissədə 3 xallıq üstünlük əldə edən nominal ev sahibi fasiləyə 17:14 hesablı qələbə ilə yollanıb. İkinci hissədə vəziyyəti dəyişməyə çalışan “Bakı”nın istəyi alınmayıb. Təşəbbüsü əldən verməyən “Azəryol” 35:31 hesabı ilə qalib gələrək ölkə kubokuna sahib çıxıb.
Qadın həndbolçuların final matçı da böyük maraq doğururdu. “Kür”lə “Azəryol”un qarşılaşması ilk dəqiqələrdən gərgin mübarizə şəraitində keçib. Hücumları daha effektli alınan Mingəçevir həndbolçuları bu üstünlüyü ilk hissənin hesabında əks etdiriblər - 13:10. İkinci hissəyə daha istəkli çıxan “Azəryol” yüksək əzmkarlıq sayəsində fərqi minimuma endirməyi bacarsa da artığına gücü çatmayıb. Maraqlı mübarizə “Kür”ün qələbəsi ilə başa çatıb. 28:27 və Mingəçevir təmsilçisi Azərbaycan kubokunun qalibi olub.
Bağlanış mərasimində Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədovun salamlarını çatdıran federasiyanın vitse-prezidenti Orxan Abbasov, idmana göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya federasiya adından dərin minnnətdarlığını ifadə edib. Orxan Abbasov məhz bu diqqət və qayğının sayəsində həndbol yarışlarının yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, Azərbaycan Həndbol Federasiyasının gələcəkdə bu idman növünün daha da inkişaf etdirilməsi üçün lazımı addımlar atacağını deyib.
Gənclər və idman nazirinin müavini Mariana Vasileva Azərbaycan çempionatı və kuboku
yarışlarının yüksək səviyyədə təşkili üçün federasiyaya təşəkkürünü bildirib. Ötən illərlə müqayisədə bu sahədə xeyli irəliləyiş hiss olunduğunu deyən nazir müavini idmançılara, hakimlərə və federasiya nümayəndələrinə uğurlar arzulayıb.
Azərbaycana gəlişindən məmnunluğunu ifadə edən Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Odet Assembe Enqulu səfər çərçivəsində belə bir yarışa dəvət almasından şad olduğunu bildirib. O, da öz növbəsində yüksək təşkilatçılığa görə AGİN və AHF-yə minnətdarlığını bildirib, Azərbaycan idmançılarına yeni-yeni uğurlar arzulayıb.
Ardınca ölkə çempionatı və kuboku yarışlarında fərqlənən komandalar mükafatlandırılıb. Kişilərin yarışında qələbə çalan “Kür” həndbolçularına qızıl medallar təqdim olunub. “Bakı” kollektivi gümüş medallarına qovuşub. “Azəryol” komandası isə bürünc medallarla mükafatlandırılıb.
Çempionluğu vaxtından əvvəl təmin edən qadınlardan ibarət “Qarabağ” qızıl medallara sahib çıxıb. Yarışı ikinci yerdə bitirən “Kür” gümüş medallarla təltif olunub. Çempionatı üçüncü pillədə başa vuran “Azəryol” isə bürünc mükafatlarına qovuşub. Həmçinin “Kür” və “Azəryol” kollektivlərinə ölkə kuboku təqdim olunub.
28.04.2025
"İdman Akademiyası"ndan inamlı qələbə
27.04.2025
Kubok mübarizəsi davam edir...
27.04.2025
Ölkə kubokunda daha üç oyun arxada qalıb...
26.04.2025
Ölkə kuboku turnirinə start verilib...
V İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları avqustun 7-də başlayacaq
1427
27.07.2022
Həndbol üzrə Azərbaycan kuboku uğrunda mübarizə davam edir
1301
16.12.2017
Həndbol üzrə ölkə birinciliyində üç oyun keçirilib
1511
27.03.2022
Həndbol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
1145
05.08.2023
Avropa çempionatı: SLO (Sloveniya) - LTU (Litva) 33:28
1208
10.08.2023
“Azəryol” həndbolçuları ölkə çempionatında növbəti qələbəni qazanıblar
1588
13.11.2019
İsgəndər Əsgərovun 60 yaşı tamam olur
1552
02.06.2019
Azərbaycan çempionatı: I turun ilk oyun gününün nəticələri
500
12.09.2024