Lider inamlı qələbə qazandı

25.03.2024
918
Paylaş:

 


Qadın həndbolçuların Azərbaycan çempionatının 13-cü turunda diqqətlər “Qarabağ” – “Kür” görüşünə yönəlmişdi. Yarışın lideri ilə ən yaxın izləyicisinin oyununu beynəlxalq dərəcəli referi Ələkbər Ağakişiyevlə respublika dərəcəli hakim Eldar Əmirov idarə edib. Matçın deleqatı isə Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub. Maraqlı mübarizə vəd edən qarşılaşmaya daha fəal başlayan ev sahibləri ilk dəqiqələrdən üstünlüyə yiyələnməyə çalışıblar. Qonaqların müdafiədə buraxdığı səhvlər bu istəyin reallaşmasına yardımçı olub. Bunun məntiqi nəticəsi kimi hesabda irəli çıxan “Qarabağ” fasiləyə 6 xallıq üstünlüklə yollanıb – 16:10. 


Görüşün ikinci hissəsi də meydança sahiblərinin nəzarətində keçib. Hesabdakı üstünlüyü qorumaq üçün həm müdafiədə, həm də hücumda daha diqqətli çıxış edən “Qarabağ” intizamlı oyun sayəsində favorit statusunu təsdiqləyib. Vəziyyəti dəyişməyə çalışan “Kür”ün cəhdləri isə bəhrəsiz qalıb. Mingəçevir həndbolçuları çox çalışsalar da, istəklərinə çata bilməyiblər. Qonaqların tələsgənliyi bəzi epizodlarda əks-hücumlara yol açıb ki, bu fürsətlərdən layiqincə faydalanan Sergey Kamburun komandası matçı inamlı qələbə ilə başa vurub -  34:23.


 Bu qələbə ilə xal sayını 22-yə çatdıran “Qarabağ” zirvədəki mövqeyini möhkəmlədib. “Kür” indi liderdən 3 xal geri qalır. Eyni xala malik “Azəryol” 3-cüdür. “İdman Akademiyası” 8 xalla 4-cü, “Bakı” 6 xalla 5-ci yerdədir. “Gənclər Birliyi”nin aktivində xal yoxdur.

Digər Xəbərlər

Qadın həndbolçuların Azərbaycan çempionatında XVl turun nəticələri və turnir cədvəli

1599 12.03.2023

Azərbaycan çempionatı: VI turun ilk oyun gününün nəticələri

1052 23.12.2023

Azərbaycan çempionatı: V tur “Bakı” - “Azəryol” 29:31

910 16.12.2023

Həndbol məşqçiləri üçün seminar keçiriləcək

1522 08.02.2023

Həndbol üzrə Azərbaycan çempionatında mübarizə davam edir

1462 17.02.2017

"Azəryol"la Özbəkistan millisi finalda

445 31.08.2024

Beynəlxalq turnir: "Alatau Arulary” (Qazaxıstan) – Özbəkistan millisi 23:23

513 29.08.2024

Ağakişi qardaşları yeni təyinat alıblar

225 14.02.2025