Qadın həndbolçularımız İslamiadada tarix yazdılar

14.05.2017
1386
Paylaş:

Bu  gün  “Sərhədçi”  İdman  Olimpiya  Mərkəzində  “Bakı-2017”  İslam  Həmrəyliyi  Oyunlarının  həndbol  yarışları  başa  çatıb.

Qadın  həndbolçuların  final  görüşündə  Türkiyə  kollektivinə  28:26  hesabı  ilə  qalib  gələn  Azərbaycan  millisi  yarışın  baş  mükafatına  layiq  görülüb.

Bürünc  medallara  isə   Özbəkistan  komandasını  35:27  hesabı  ilə  məğlub  edən  Kamerun  yığması  sahib  çıxıb.

Kişilərin  yarışında  1-ci  yeri  finalda  Türkiyəyə  26:21  hesabı  ilə  qalib  gələn  Səudiyyə  Ərəbistanı  komandası  tutub.  Üçüncü  yerə  Əlcəzairi  27:22  hesabı  ilə  məğlubiyyətə  uğradan  Uraq  millisi  layiq  görülüb.

Final  qarşılaşmalarından  sonra  mükafatlandırma  mərasimi  keçirilib.

Medalları  idmançılara  Azərbaycanın  gənclər  və  idman  naziri  Azad  Rəhimov,  Azərbaycan  Həndbol  Federasiyasının  prezidenti  Saleh  Məmmədov  və  Beynəlxalq  Həndbol  Federasiyasının  vitse-prezidenti  Migel  Roka  Mas  təqdim  ediblər.

 

             

Digər Xəbərlər

Həndbolçularımız beynəlxalq turnirdə çıxış edəcəklər

1255 21.02.2017

Avropa çempionatı: BIH (Bosniya və Herseqovina) - GRE (Yunanıstan) 32:30

1367 12.08.2023

Ölkə kuboku turnirinə start verilib

61 26.04.2025

Beynəlxalq dərəcəli həndbol hakimlərimiz nüfuzlu yarışa təyinat alıblar

1261 22.09.2023

Bu gün Novruzun sonuncu -Torpaq çərşənbəsidir

176 18.03.2025

20 Yanvar faciəsinin şəhidlərini dərin ehtiram və qürurla yad edirik!

315 19.01.2025

Ramazan bayramınız mübarək!

851 10.04.2024

Həndbol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib

1145 05.08.2023