Milli komandamız növbəti matça çıxıb

14.10.2023
1084
Paylaş:

Qadın həndbolçulardan ibarət milli komandamız bu gün 2024-cü il Avropa çempionatının təsnifat mərhələsində növbəti matça çıxıb. “Bakı İdman Sarayı”nda keçirilən oyunda rəqib İspaniya kollektivi olub.


Görüşdən əvvəl Avropa Həndbol Federasiyasının bayrağı meydançaya gətirilib. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra qarşılaşmaya start verilib.


Maraqlı mübarizə ilə yadda qalan görüşün ilk hissəsində tədricən təşəbbüsə yiyələnən qonaqlar favorit statuslarını təsdiqləyiblər – 20:12. Fasilədən sonra da üstünlüyü əldən verməyən İspaniya millisi görüşü 38:18 hesablı qələbə ilə başa vurub.


Xatırladaq ki, millinin qrupdakı digər rəqibi Litva kollektividir. Həndbolçularımız bu komanda ilə gələn ilin fevral ayının 28-də Bakıda görüşəcəklər.

Digər Xəbərlər

Liderə layiq qələbə

101 20.04.2025

Azərbaycan çempionatı: III turun növbəti oyunları

453 28.09.2024

AÇ-2024-ün seçmə mərhələsi: İspaniya - Azərbaycan 42:16

927 07.04.2024

Kişi həndbolçuların Azərbaycan çempionatında II turdan sonra turnir cədvəli

1142 23.11.2023

“Azəryol”-“Qarabağ” görüşü gərgin idman mübarizəsi ilə yadda qalıb

1410 21.02.2023

Liderlərin mübarizəsindən "Məhsul" qalib ayrılıb

1219 14.12.2019

İsgəndər Əsgərova daha bir etimad

349 07.11.2024

Millinin baş məşqçisi: "Daha çox çalışmaqla istəyimizə çata bilərik"

1426 10.06.2022