Bakı İdman Sarayında 17 yaşadək həndbolçu qızların Avropa çempionatı davam edir. Bu gün qitə miqyaslı yarışda daha 4 qarşılaşma olub. Günün ilk matçında “A” qrupunda qərarlaşan Bosniya və Herseqovina millisi ilə Litva komandası üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşün ilk hissəsi Litva həndbolçularının 24:16 hesablı üstünlüyü ilə başa çatıb. Qarşılaşmanın ikinci hissəsində Bosniya və Herseqovina təmsilçiləri 21:16 hesabı ilə qalib gəlsələr də ümumi hesabda Litva millisi qələbə çalıb - 40:37.
Ardınca meydançaya “B” qrupunun İspaniya və Yunanıstan kollektivləri çıxıblar. Rəqibi əksər göstəricilərdə üstələyən İspaniya seçməsi asanlıqla qalib gəlib – 33:11.
“B” qrupunda keçirilən İsrail – Farer adaları görüşündə ada təmsilçisinin qələbəsinə inananlar yanılmayıblar. Daha inamlı oyun nümayiş etdirən Farer adaları komandası matçı 38:22 hesablı qələbə ilə başa vurub.
Günün son matçında isə Sloveniya komandası millimizə 58:6 hesabı ilə qalib gəlib.
Sabah çempionatda daha 4 qarşılaşma olacaq. “A” qrupunda Azərbaycan Bosniya və Herseqovina ilə, Litva Gürcüstanla üz-üzə gələcək. “B” qrupunda isə Yunanıstan – İsrail, İspaniya – Lüksemburq görüşləri keçiriləcək.
Avropa çempionatına avqustun 13-də yekun vurulacaq.
Azərbaycan – OKMK (Özbəkistan) 30:28 (18:13)
1843
16.05.2024
Kişi həndbolçuların Azərbaycan çempionatında mübarizəsi davam edir
2339
17.04.2023
“Qarabağ” da lideri dayandıra bilmədi
2487
16.02.2019
AÇ-2024-ün seçmə mərhələsi: Azərbaycan - Şimali Makedoniya 22:37
1803
03.04.2024
“IHF Trophy” turniri: Azərbaycan - Belçika 15:30 (6:9)
240
30.11.2025
Azərbaycan çempionatı: III tur
1751
29.09.2024
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və böyük ehtiramla anırıq!
193
12.12.2025
Ölkə çempionatında V turun oyun cədvəli
76
12.01.2026