Bakı həndbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək

01.08.2023
1127
Paylaş:

Paytaxtımız avqustun 5-dən 13-dək 17 yaşadək həndbolçu qızların Avropa çempionatına ev sahibliyi edəcək. 
Milli komandamız avqustun 5-i saat 17:15-də başlanacaq açılış mərasimindən sonra çıxacağı ilk oyunda Gürcüstan seçməsi ilə qarşılaşacaq. Ertəsi gün Sloveniya kollektivi ilə görüşəcək həndbolçularımız avqustun 7-də Bosniya və Herseqovina komandası ilə üz-üzə gələcək. 
Komandamız avqustun 9-da Litva millisi ilə oyunla qrup mərhələsini başa vuracaq. Azərbaycan millisinin bütün oyunları saat 18:00-da başlanacaq.
Avqustun 12-də 9-10-cu, 5-8-ci yerlər uğrunda görüşlər və yarımfinal oyunları keçiriləcək.
Ertəsi gün 7-8-ci, 5-6-cı və 3-4-cü yerlər uğrunda görüşlər olacaq.
Həmin gün saat 18:00-da final matçı ilə yarışa yekun vurulacaq.
Xatırladaq ki, Bakı İdman Sarayında təşkil olunacaq Avropa çempionatında Azərbaycan millisi ilə yanaşı, Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan, İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları da mübarizə aparacaq.

Digər Xəbərlər

Lider inamlı qələbə qazandı

919 25.03.2024

Orxan Abbasov: Azərbaycanda həndbola göstərilən yüksək diqqət daha böyük uğurların qazanılmasına zəmin yaradır

1841 07.11.2018

"Qarabağ" - "Azərsu" matçında gərgin mübarizə

1311 08.04.2018

“Kür” yenidən zirvəni ələ keçirdi

927 26.03.2024

İsgəndər Əsgərovun 60 yaşı tamam olur

1552 02.06.2019

Azərbaycan çempionatı: VI turun növbəti oyun gününün nəticələri

394 03.11.2024

“Bakı-2017”: Qadın həndbolçularımız inamla irəliləyirlər

1326 11.05.2017

Kişi həndbolçular arasında Azərbaycan çempionu məlum olub

1501 20.08.2017