Həndbol üzrə Azərbaycan birinciliyinin final mərhələsinə yekun vurulub

05.06.2023
2521
Paylaş:

Həndbol üzrə yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyinin final mərhələsinə yekun vurulub.
“AHF Arena”da  təşkil edilən yarışda 2008-2010 cu  il təvəllüdlü oğlanlar və qızlar qüvvələrini sınayıblar.
Açılış mərasimində iştirakçıları salamlayan Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin müdiri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərovla Olimpiya çempionu Lyudmila Şubina onlara uğurlar arzulayıb, bu cür yarışların perspektivli həndbolçuların üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb.
Oğlanların yarışında daha yaxşı oyun nümayiş etdirən  Bakı-2 (2 saylı RİOEUGİM) qalib ayrılıb. Bakı-1 (6 saylı İOEUGİM) ikinci, Mingəçevir kollektivi üçüncü yeri tutub. Cəlilabad həndbolçuları sonuncu olublar.
Qızların mübarizəsi Bakı-1-in (6 nömrəli İOEUGİM) qələbəsi ilə nəticələnib. 
Bakı-2 (2 saylı RİOEUGİM-1) ikinci, Şirvan komandası üçüncü, Bakı-3 2 nömrəli RİOEUGİM-2 dördüncü pillədə qərarlaşıb.
Dövlət himni səsləndirildikdən sonra fərqlənən komandalara diplomlar təqdim olunub.
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə keçirilən birinciliyə 4-ü oğlanlardan, 4-ü qızlardan ibarət olmaqla 8 komanda qatılıb.

Digər Xəbərlər

“Azəryol” çempionluğa doğru irəliləyir

1187 16.04.2025

Ölkə çempionatı: Qarabağ - Təhsil 36:21 (16:9)

47 17.01.2026

Həndbolçularımız İslam Həmrəyliyi oyunlarına hazırlaşırlar

2368 09.02.2017

Həndbol ictimaiyyətinə ağır itki üz verib

2857 27.09.2019

Avropa çempionatı: Yunanıstan - İspaniya 11:33

2563 06.08.2023

Həndbol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib

2114 05.08.2023

Seçmə komandamız beynəlxalq turnirə qatılacaq

2640 20.02.2019

"Qarabağ" "Kür"ə, "Azəryol" "Bakı"ya qalib gəldi

1258 03.05.2025