Həndbol üzrə XXIX Azərbaycan kubokuna start verilir

09.05.2023
1348
Paylaş:

Bu gün “AHF Arena”da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həndbol üzrə XXIX Azərbaycan kubokuna start veriləcək.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışda 7 kişi (Bakı, Təhsil, Məhsul, İdman Akademiyası, Dinamo, RİOEUGİM, U-16) və 5 qadın (Azəryol, Qarabağ, İdman Akademiyası, Azərsu, U-16) kollektivi qələbə uğrunda mübarizə aparacaq.
Saat 11:00-da qadın komandalar arasında keçiriləcək  ilk matçda “Azərsu” U-16-nı sınağa çəkəcək. Daha sonra kişi həndbolçular arasında RİOEUGİM - “Məhsul”, U-16 - “Təhsil”, “Dinamo” - “İdman Akademiyası” qarşılaşmaları oynanılacaq.
Mayın 10-da saat 15:00-da təntənəli açılış mərasimi keçiriləcək.
Qaliblərin mükafatlandırılması və yarışın bağlanış mərasimi isə mayın 11-də baş tutacaq.

Digər Xəbərlər

İsgəndər Əsgərov Belarusa yollanacaq

1726 12.11.2018

Beynəlxalq turnirin ilk oyun gününün cədvəli

629 27.08.2024

Avropa çempionatı: BIH (Bosniya və Herseqovina) - AZE (Azərbaycan) 61:17

1267 07.08.2023

AÇ-2024-ün seçmə mərhələsi: İspaniya - Azərbaycan 42:16

930 07.04.2024

Ölkə çempionu ilk məğlubiyyətlə barışdı

1515 18.11.2019

Qadın həndbolçularımız finalda Türkiyə millisi ilə görüşəcəklər

1241 13.05.2017

Azərbaycan çempionatı: IV turun son oyunlarının nəticələri

979 09.12.2023

Favoritlər asan qələbə qazanıblar

1356 14.04.2018