Kişi həndbolçuların Azərbaycan çempionatında mübarizə davam edir.
13-cü turun oyunlarından əvvəl Türkiyədə baş verən dəhşətli zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
“Bakı” – “İdman Akademiyası” görüşü daha gərgin mübarizə şəraitində keçib. Fasiləyədək 6 xallıq üstünlük qazanan tələbələr ikinci hissədə rəqibin vəziyyəti dəyişmək istəyinə imkan verməyiblər. Oyun 36:31 hesabı ilə “İdman Akademiyası” həndbolçularının qələbəsi ilə nəticələnib.
Turun RİOEUGİM - “Təhsil” görüşündə meydançaya favorit qismində çıxan nominal qonaqlar inamlı qələbə qazanıblar. Məsələyə ilk hissədə aydınlıq gətirən “Təhsil” qalan vaxtda da üstünlüyü əldən verməyib - 29:55.
Çempionatın 14-cü turu da favoritlərin qələbəsi ilə başa çatıb. Daha inamlı oyun nümayiş etdirən “Təhsil” - RİOEUGİM-i 58-31 hesabı ilə məğlub edib.
“İdman Akademiyası” – “Bakı” görüşündə də yüksək əzmkarlıq göstərən “İdman Akademiyası” komandası pərəstişkarlarını sevindirib – 39:25.
“İdman Akademiyası” 27 xalla liderliyi davam etdirir. Hərəyə 21 xalı olan “Məhsul” və “Təhsil” komandaları ikinci-üçüncü yerləri bölüşür.
“Dinamo” 12 xalla 4-cüdür. RİOEUGİM və “U-16”-nın hərəyə 3 xalı var. “Bakı” 1 xalla son pillədə qərarlaşıb.
Azərbaycan Həndbol Federasiyasının nümayəndələri Mingəçevirdə seminar keçiriblər
2459
09.03.2022
Qazaxıstan millisindən uğurlu start
1182
30.08.2025
Qadın həndbolçulardan ibarət “Nur” klubu Avropa Həndbol Federasiyası kubokunda növbəti oyununu keçirib
2524
16.10.2017
Avropa kuboku: Bakı (Azərbaycan) - Oxrid (Şimali Makedoniya) 11:44 (7:24)
417
11.10.2025
“Azəryol” həlledici görüşdə əsas rəqibini üstələdi
2529
15.04.2019
Həndbol üzrə Azərbaycan kuboku yarışlarına yekun vurulub
3228
12.05.2023
17 yaşadək həndbolçu qızların Avropa çempionatı başa çatıb
2416
14.08.2023
“Bakı” komandası “Qraçanisa” kollektivi ilə qarşılaşıb
2212
28.10.2022