Qadın həndbolçuların Azərbaycan çempionatında 18-ci tur da arxada qalıb. ABU Arenada keçirilən “Azəryol” – “Azərsu” görüşü həlledici xarakter daşıyıb. Bu turadək 3 dəfə qarşılaşan rəqiblərin görüşlərində 2 dəfə “Azərsu”, 1 dəfə isə “Azəryol” qalib gəlmişdi. Bu baxımdan sayca 4-cü oyun məsələyə aydınlıq gətirməli idi. Prinsipial qarşılaşmada 30:25 hesabı ilə qələbə çalan “Azəryol” rəqibi ümumi hesabda 4 top fərqi ilə üstələyib. Belə ki, son turda yüksək ehtimalla “İdman Akademiyası”na da qalib gələcək “Azəryol”u artıq indidən çempionluq münasibəti ilə təbrik etmək olar. Sensasiya baş verməsə, martın sonlarında Azərbaycan kubokunu da başı üzərinə qaldıran “Azəryol” üçün bu mövsüm “qızıl dubl”la yadda qalacaq.
18-ci turun digər oyununda “Gənclər Birliyi” “İdman Akademiyası” komandasına 28:35 hesabı ilə uduzub.
Qeyd edək ki, 20 turdan ibarət Azərbaycan çempionatına aprelin 27-də yekun vurulacaq.
Avropa çempionatı: Sloveniya - Bosniya və Herseqovina 41:27
2218
05.08.2023
"Qarabağ" güclü rəqibinə səfərdə qalib gəldi
184
07.12.2025
17 yaşadək qızlar arasında "IHF Trophy" turniri: Azərbaycan - Bolqarıstan 25:48
2182
13.10.2023
Qadın həndbolçulardan ibarət millimiz “Bakı-2017”nin qalibidir
2290
14.05.2017
Azərbaycan Həndbol Federasiyasında dopinqlə mübarizə mövzusunda tədbir keçirilib
2642
07.12.2018
“Azəryol” komandası yeni mövsümə hazırlığa start verib
2367
18.09.2022
Gənc həndbolçularımız Olimpiya festivalına hazırlaşırlar
2505
21.05.2019
Seçmə komandamız 3 yoxlama görüşü keçirib
2510
24.05.2018