Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib

22.01.2023
1298
Paylaş:

Həftəsonu qadın həndbolçuların Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib.
9-cu turun “Azəryol” – “Azərsu” görüşündə nominal ev sahibinin qələbəsi şübhə doğurmurdu. İlk dəqiqələrdən təşəbbüsə yiyələnən “Azəryol” etimadı doğruldaraq, oyunu böyük hesablı qələbə ilə başa vurub – 46:19.
“Qarabağ” - “ İdman Akademiyası” matçında da gözlənilməz nəticə qeydə alınmayıb. Oyunun favoriti sayılan “Qarabağ” rəqibin ciddi müqavimətinə baxmayaraq azarkeşlərini növbəti qələbə ilə sevindirib – 34:26.
Yarışın 10-cu turu da eyni ssenari ilə yadda qalıb. “Azəryol” “Azərsu”nu bu turda 52:13, “Qarabağ” isə “İdman Akademiyası”nı 32:23 hesabı ilə məğlub edib.
Keçirdiyi bütün oyunları qələbə ilə başa vuran “Azəryol” 24 xalla çempionatın lideridir. “Qarabağ” ondan 6 xal geri qalır. Aktivində 12 xalı olan “İdman Akademiyası” 3-cü pillədə qərarlaşıb. “Azərsu” 6 xalla 4-cü yerdədir. Autsayder “U-16” hələ ki xal qazana bilməyib.

Digər Xəbərlər

Qadın həndbolçuların Azərbaycan çempionatında VI turdan sonra ən çox qol vuranların siyahısı

1041 29.12.2023

Təcrübəli həndbol mütəxəssisi İsgəndər Əsgərov Avropa çempionatında

1405 30.06.2022

Ötən mövsümün mükafatçıları yenidən üz-üzə

447 15.10.2024

Avropa çempionatı: LTU (Litva) - GEO (Gürcüstan) 37:23

1123 07.08.2023

Azərbaycan Həndbol Federasiyasının yeni loqotipi hazırlanıb

1363 08.02.2017

Liderə layiq qələbə

102 20.04.2025

Avropa çempionatı: SLO (Sloveniya) - FAR (Farer adaları) 31:25

1052 12.08.2023

“Azəryol” və “Kür” ilk iki pilləni bölüşür

294 16.01.2025