Azərbaycan kuboku turnirində növbəti oyunlar keçirilib

22.01.2020
2372
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  kuboku  turniri  davam  edir.  Yarışın  qrup  mərhələsində  ikinci  oyun  günü  də  arxada  qalıb.  Meydançaya  əvvəlcə  “Azəryol”  və  “Qarabağ”  komandaları  çıxıblar.  Ölkə  çempionatında  da  gərgin  mübarizə  aparan  rəqiblərin  görüşü  maraqla  gözlənilirdi.  Əksəriyyət  bu  qarşılaşmada  “Azəryol”un  imkanlarını  yüksək  qiymətləndirsə  də  oyun  “Qarabağ”ın  qələbəsi  ilə  yekunlaşıb  –  32:29.

Günün  digər  matçında  isə  gözlənilən  nəticə  qeydə  alınıb.  “İdman  Akademiyası”  komandası  çox  çalışsa  da,  “Azərsu”nun  kəskin  hücumlarının  qarşısını  ala  bilməyib.  Görüş  40:28  hesabı  ilə  “Azərsu”nun  xeyrinə  başa  çatıb.

Qadın  həndbolçuların  ölkə  kuboku  yarışında  qrup  mərhələsinə  yanvarın  29-da  yekun  vurulacaq.  Həmin  gün  “Azəryol”  “Qarabağ”la,  “Azərsu”  “İdman  Akademiyası”  ilə  üz-üzə  gələcək.  Qeyd  edək  ki,  yarışın  yarımfinal  mərhələsi  aprel  ayına  təyin  olunub.  Qalib  komandaların  adına  isə  mayın  2-də  keçiriləcək  həlledici  görüşlərdə  aydınlıq  gətiriləcək.

Digər Xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər

2076 22.08.2022

Kişi həndbolçuların Azərbaycan çempionatında mübarizəsi davam edir

2339 17.04.2023

Avropa çempionatı: Farer adaları - Yunanıstan 27:22

2473 05.08.2023

Azərbaycan Həndbol Federasiyasında hakimlər üçün iclas keçirilib

2390 26.10.2022

AHF-nin iclası keçirilib

2467 12.09.2023

"Bakı" "Qarabağ"ı üstələd

1161 19.04.2025

Ölkə çempionatı: 3-cü turun oyun cədvəli

177 17.12.2025

Avropa çempionatı: Yunanıstan - İsrail 22:28

2205 07.08.2023