Həndbol yarışları yenilənmiş "AHF Arena"da keçiriləcək

05.09.2022
2511
Paylaş:

Həndbol üzrə milli komandalar, həmçinin klublar oyunlarını yenilənmiş “AHF Arena”da keçirəcəklər.


2004-cü ildə sırf həndbol  üçün istismara verilən “ABU Arena”da tikildiyi dövrdən heç bir təmir işləri aparılmadığından normal fəaliyyət göstərmək mümkün deyildi. Hazırda Azərbaycan Həndbol Federasiyası tərəfindən idman kompleksində təmir-bərpa işləri  həyata keçirilir. Təmir işlərindən sonra "AHF Arena" kimi fəaliyyətini davam etdirəcək kompleksdə komandaların məşq etməsi, eyni zamanda oyunlar keçirməsi üçün əlverişli şərait yaranacaq. Komandaların maddi-texniki bazasının yaxşılaşdırılmasına və həndbolun inkişafına hesablanan müvafiq işlərin yaxın vaxtlarda başa çatdırılması planlaşdırılır. Bununla da, həndbolsevərlər həm, Azərbaycan çempionatının, həm də, Avrokubok oyunları və milli komandaların seçmə mərhələ görüşlərini yenilənmiş “AHF Arena”da izləmək imkanı qazanacaqlar.


Qeyd edək ki, iyunun 7-8-də Avstriyanın Vyana şəhərində Avropa Həndbol Federasiyasının  baş ofisində qurumun prezidenti Mixael Viederer və Azərbaycan Həndbol Federasiyanın prezidenti Saleh Məmmədovun iştirakı ilə keçirilən görüşdə Avropa çempionatının  Bakıda təşkil olunması ilə bağlı  müzakirələr aparılıb. Qitə miqyaslı mötəbər yarışın paytaxtımıza həvalə olunması  çox yüksək qiymətləndirilir.

Digər Xəbərlər

Azərbaycan Həndbol Federasiyasının rəsmisi növbəti təyinat alıb

1969 17.01.2024

"Bakı" Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxaq turnirin yarımfinalında

1149 01.09.2025

"Azəryol"la Özbəkistan millisi finalda

1409 31.08.2024

“Azəryol” çempionluğa doğru irəliləyir

1429 03.02.2025

Azərbaycan kuboku turnirində növbəti oyunlar olub

2644 15.12.2018

Qadın həndbolçular kubok mübarizəsinə başladılar

2416 15.01.2020

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirik!

2008 31.12.2023

9 May -faşizm üzərində Qələbə günüdür

2108 09.05.2024