Azərbaycan Həndbol Federasiyasının nümayəndələri paytaxtda və bölgələrdə görüşlər keçiriblər

07.02.2017
1491
Paylaş:

Azərbaycan  Həndbol  Federasiyasının  (AHF)  vitse-prezidenti  Orxan  Abbasov,  baş  katibi  Yusif  Atakişiyev  və  idman  şöbəsinin  müdiri  İsgəndər  Əsgərov  Bakıda  və  bölgələrdə  həndbolun  hazırkı  durumu,  bu  sahədə  olan   problemlər,  uşaq  və  gənclər  məktəblərinin  mövcud  vəziyyəti  ilə  tanış  olublar.

Əvvəlcə  Bakıdakı  ixtisaslaşmış  həndbol  məktəblərinə  baxış  keçirilib.  Ardınca  Qazax  Olimpiya  İdman  Kompleksinin  rəhbərliyi  və  rayonda  fəaliyyət  göstərən  məşqçilərlə  ətraflı  müzakirələr  aparılıb,  təkliflər  dinlənilib.

Gəncədə  Azərbaycan  Texnologiya  Universitetinin  idman  kompleksindəki  şərait  və  həndbol  məşqləri  ilə  tanış  olan  federasiya  nümayəndələri   Mingəçevirdə  “Kür”  Olimpiya  Tədris-İdman  Mərkəzində  də  olublar.  Bazaya  baxış  keçirib,  yeni  yaradılmış  “Nur”  həndbol  komandasının  məşq  prosesi  izlənilib.

Digər Xəbərlər

Azərbaycan kubokunun finalçıları müəyyənləşib

1856 03.03.2019

Azərbaycanın qadın həndbolçuları “Konya-2021” də növbəti qələbələrini qazanıblar

1737 09.08.2022

AHF bir qrup həndbolçunun şər-böhtanlarını və qərəzli fikirlərini rədd edir

1398 12.11.2021

Azərbaycan çempionatı: VI turun son oyunlarının nəticələri

912 24.12.2023

“Azəryol”-“Kristianstad” görüşünə hakim təyinatı açıqlandı

1424 18.01.2018

“Azəryol”dan növbəti qələbə, “Bakı”nın ilk məğlubiyyəti

1367 17.04.2022

1/2 final: “Qarabağ” (Azərbaycan) – “Azəryol” (Azərbaycan) 20:30

483 31.08.2024

Həndbol üzrə Azərbaycan çempionatında növbəti qarşılaşma keçirilib

1597 15.02.2019