Bu gün millimizin rəqibi müəyyənləşəcək

29.06.2022
1391
Paylaş:

İyunun  29-da  qadın  həndbolçular  arasında  2023-cü  il  dünya  çempionatının  ilk  təsnifat  mərhələsinin  püşkü  atılacaq.

Avstriyanın  paytaxtı  Vyanada  keçiriləcək  mərasimdə  Azərbaycan  millisinin  də  rəqibi  bəlli  olacaq.

Avropa  çempionatına  vəsiqə  qazana  bilməyən  18  komanda  2  səbətə  bölünüb.  Bu  raundda  9  cütlük  pley-offa  yüksəlmək  üçün  2  oyundan  ibarət  görüşlər  keçirəcək.

Azərbaycan  millisi  2-ci  səbətdə  yer  alıb.

Birinci  səbətə  Avstriya,  Slovakiya,  İslandiya,  Türkiyə,  Ukrayna,  Farer  adaları,  Portuqaliya,  Yunanıstan,  İtaliya  komandaları  daxildir.  İkinci  səbətdə  isə  Azərbaycan,  Kosovo,  İsrail,  Finlandiya,  Lüksemburq,  Bosniya  və  Herseqovina,  Bolqarıstan,  Böyük  Britaniya,  Latviya  kollektivləri  yer  alıb.

Qeyd  edək  ki,  ilk  təsnifat  mərhələsinin  matçları  noyabrın  2-3-də  və  5-6-da  keçiriləcək.

Digər Xəbərlər

İsgəndər Əsgərovun 60 yaşı tamam olur

1552 02.06.2019

Qadın həndbolçuların ölkə çempionatında 8-ci turun oyunları keçirilib

1505 08.12.2018

5 Mart - Bədən Tərbiyəsi və İdman Gününüz Mübarək!

186 05.03.2025

İsgəndər Əsgərov Avropa çempionatının təsnifat oyununda

183 12.03.2025

Azərsu – Olimpiya Tbilisi

1680 07.10.2018

Azərbaycan çempionatı: V tur “Kür” - “İdman Akademiyası” 42:17

1066 17.12.2023

"Dinamo" ilə "Gənclər Birliyi" turu qələbə ilə başa vurdu

205 10.02.2025

17 yaşadək həndbolçu qızların Avropa çempionatı başa çatıb

1355 14.08.2023