V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək qadın həndbolçulardan ibarət Azərbaycan millisinin hazırlığı davam edir.
Avqustda keçiriləcək yarışlara hazırlaşan komanda hazırlığın ilkin mərhələsinə mayın 15-də Bakıda start verib. İyirmi iki həndbolçunun cəlb olunduğu toplanışa baş məşqçi Slavisa Ristiçeviç rəhbərlik edir. Köməkçi məşqçi Fuad Yangildindir. Məşqlər “Sərhədçi” Olimpiya İdman Mərkəzi və "Dinamo" İdman Cəmiyyətində keçirilir.
İyunun 15-də Bakıda yekunlaşacaq toplanış, ardınca ölkə xaricində davam etdiriləcək. Milli iyunun 24-dək Gürcüstanda hazırlıq keçəcək. Həmin təlim-məşq toplanışında bir neçə yoxlama oyununun keçirilməsi planlaşdırılır.
Hazırlıq planına əsasən, seçmə komanda digər toplanışlara da qatılacaq.
Qeyd edək ki, 9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçiriləcək İslam Oyunlarındakı rəqiblər hələlik məlum deyil.
28.04.2025
"İdman Akademiyası"ndan inamlı qələbə
27.04.2025
Kubok mübarizəsi davam edir...
27.04.2025
Ölkə kubokunda daha üç oyun arxada qalıb...
26.04.2025
Ölkə kuboku turnirinə start verilib...
Həndbolçularımız Avropa çempionatının təsnifat turnirinə qələbə ilə başlayıblar
1482
12.01.2023
Milli komandamızın dünya çempionatının ilkin təsnifat mərhələsindəki rəqibləri məlumdur
1438
27.06.2018
Azərbaycan çempionatında VII turun oyun cədvəli
1012
10.01.2024
3-cü yer uğrunda: “Astana” (Qazaxıstan) - “Qarabağ” (Azərbaycan) 28:32
530
01.09.2024
Qadın həndbolçuların Azərbaycan çempionatında XV turun nəticələri
1245
11.03.2023
Qadınlardan ibarət “Qarabağ” komandası təlim-məşq toplanışına yollanacaq
1445
31.07.2017
Qadın həndbolçuların Azərbaycan çempionatında VII turdan sonra turnir cədvəli
855
23.01.2024
Həndbol üzrə Azərbaycan çempionatı başlanır
1529
13.02.2017