Bu gün Avropa Həndbol Federasiyasının Avstriyanın paytaxtı Vyanada yerləşən baş ofisində görüş keçirilib. Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov, 1-ci vitse-prezidenti Orxan Abbasov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Ernest Ağakişi Avropa Həndbol Federasiyasının prezidenti Mixael Viderer və baş katibi Martin Hausleytner ilə görüşdə bir sıra məsələləri müzakirə edib. Söhbət Azərbaycan həndbolunun inkişaf istiqaməti, qarşılıqlı əməkdaşlıq, beynəlxalq yarışların keçirilməsi, uşaq həndbolunun inkişaf etdirilməsi, gənc hakimlərin yetişdirilməsi, məşqçilərin beynəlxalq seminarlarda iştirakı, həmçinin, Avropa Həndbol Federasiyasında fəaliyyət göstərən komisiyalarda təmsilçilikdən gedir.
Sabah davam etdiriləcək görüşdə digər məsələlər də müzakirə olunacaq. Bugünkü görüş zamanı Azərbaycan həndbolundan bəhs edən videoçarx da nümayiş olunub, nümayəndə heyətimiz tərəfindən AHF prezidentinə hədiyyələr təqdim edilib.
“Azərsu” vahid liderliyə yüksəldi
2466
09.02.2019
Azərbaycan çempionatı: V tur “Azəryol” - “Kür” 30:30
1869
16.12.2023
“Bakı-2017”: Qadın həndbolçulardan ibarət millimiz finalda
2696
13.05.2017
“Azəryol” çempionluğa doğru irəliləyir
1429
03.02.2025
"Bakı" ilk hissədə rəqibin müqaviməti ilə üzləşsə də yekunda qələbə qazandı
158
20.12.2025
Həndbolçularımız Ukraynada keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıblar
2408
10.04.2017
Ötən mövsümün mükafatçıları yenidən üz-üzə
1496
15.10.2024
Azərbaycan çempionatında XII turun oyun cədvəli
2190
23.02.2024