Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan turnirə yekun vurulub

10.05.2022
1600
Paylaş:

Azərbaycan  Həndbol  Federasiyasının  təşkilatçılığı  ilə  Ulu  Öndər  Heydər  Əliyevin  anadan  olmasının  99-cu  ildönümünə  həsr  olunmuş  həndbol  üzrə  yeniyetmələr  arasında  ənənəvi  rayon  turnirinə  yekun  vurulub.

Göygöl  Olimpiya  İdman  Kompleksində  keçirilən  yarış  maraqlı  idman  mübarizəsi  ilə  yadda  qalıb.  6  komandanın  qatıldığı  yarışın  nəticələrinə  əsasən  Gəncə  həndbolçuları  1-ci  yeri  tutublar.  Mingəçevir  komandası  ikinci,  Qazax  kollektivi  isə  üçüncü  pillədə  qərarlaşıb.

Bağlanış  mərasimində  iştirakçıları  uğurlu  yarış  münasibəti  ilə  təbrik  edən  Azərbaycan  Həndbol  Federasiyasının  İdman  şöbəsinin  rəhbəri  İsgəndər  Əsgərovla  federasiyanın  əməkdaşı  Fəridə  Əliyeva  bu  cür  turnirlərin  əhəmiyyətini  yüksək  qiymətləndirib.  Yüksək  səviyyəli  təşkilatçılığa  görə  Gənclər  və  İdman  Nazirliyinə  və  federasiyaya  minnətdarlıq  ifadə  olunub,  komandalara  qarşıdakı  yarışlarda  uğurlar  arzulanıb.  İlk  3  yeri  tutan  həndbolçulara  diplom  və  toplar,  qalib  komandanın  üzvlərinə  idman  geyim  dəstləri  təqdim  edilib.  Əsasnaməyə  görə,  qalib  və  mükafatçılar  yeniyetmə  həndbolçuların  Azərbaycan  birincilinin  sentyabrda  Bakıda  keçiriləcək  final  mərhələsinə  vəsiqə  qazanıblar.

Xatırladaq  ki,  ümummilli  lider  Heydər  Əliyevin  anadan  olmasının  99-cu  ildönümünə  həsr  edilən  yarışda  Gəncə,  Mingəçevir,  Göygöl,  Qazax  və  Ağstafadan  ümumilikdə  6  komandasının  70-ə  yaxın  yeniyetmə  həndbolçusu  mübarizə  aparıb.

 

           

Digər Xəbərlər

İrəli, Azərbaycan əsgəri, qələbə bizimlədir!

2159 01.10.2020

Həndbol üzrə milli komandamızın rəqibləri müəyyənləşib

1641 15.10.2018

Seçmə komandamız açıq Avropa turnirində ilk qələbəsini qazanıb

1404 03.07.2018

İsgəndər Əsgərovun 60 yaşı tamam olur

1552 02.06.2019

"Məhsul" liderliyi davam etdirir

1338 17.02.2020

Azərbaycan çempionatında XII turun oyun cədvəli

1039 23.02.2024

Kubokun finalçıları müəyyənləşdi

1264 06.03.2018

Avropa çempionatı: GEO (Gürcüstan) - SLO (Sloveniya) 14:30

1138 09.08.2023