"Qarabağ" uğurlu seriyanı davam etdirir

23.10.2019
1348
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatında  üçüncü  turun  oyunları  da  arxada  qalıb.  Mövsümə  inamla  start  verən  “Qarabağ”  uğurlu  seriyanı  davam  etdirir.  İlk  turda  “İdman  Akademiyası”  komandasına,  ardınca  çempion  “Azəryol”a  qalib  gələn  “Qarabağ”  “Azərsu”  ilə  görüşdə  də  pərəstişkarlarını  sevindirib.  Gərgin  idman  mübarizəsi  ilə  yadda  qalan  oyun  29:27  hesabı  ilə  başa  çatıb.  Ardıcıl  üçüncü  qələbəsini  qazanan  “Qarabağ”  liderliyi  davam  etdirir.

Günün  digər  qarşılaşmasından  isə  “Azəryol”  qalib  ayrılıb.  “İdman  Akademiyası”  komandası  çox  çalışsa  da,  ölkə  çempionunun  böyük  hesablı  qələbəsinə  mane  ola  bilməyib  –  42:25.

4-cü  turun  oyunları  noyabrın  6-da  keçiriləcək.  Həmin  gün  “Azəryol”  “Azərsu”  ilə,  “Qarabağ”  “İdman  Akademiyası”  ilə  üz-üzə  gələcək.

Oktyabrın  26-da  kişi  həndbolçuların  çempionatında  3-cü  turun  görüşləri  olacaq.  “ABU  Arena”da  keçiriləcək  oyunlarda  “Məhsul”  –  “U-18”  kollektivini  sınağa  çəkəcək.  “Təhsil”  isə  “Bakı”  ilə  qarşılaşacaq.

Digər Xəbərlər

"Azəryol" çempionluğa doğru inamla irəliləyir

1397 12.03.2020

Avropa kuboku: Parnassos Strovolou (Kipr) - Kür (Azərbaycan) 31:35

388 26.10.2024

Ramazan bayramınız mübarək!

137 29.03.2025

Azərbaycan çempionatı, X tur: “Azəryol”- “Kür” 30:28 (12:16)

339 25.01.2025

Həndbolçularımız beynəlxalq turnirlərdə qüvvələrini sınayacaqlar

1505 18.02.2017

Orxan Abbasov AHF-nin tədbirlərinə qatılacaq

1923 21.01.2020

Yeniyetmələr arasında həndbol üzrə Azərbaycan birinciliyi keçiriləcək

1542 01.06.2022

Qadın həndbolçularımız İslamiadada tarix yazdılar

1387 14.05.2017