Favoritlər növbəti qələbəni qazanıblar

17.03.2019
2637
Paylaş:

Kişi  həndbolçuların  ölkə  çempionatında  11-ci  turun  oyunları  keçirilib.  Çempionatın  vahid  lideri  -  “Məhsul”  mövqeyini  qorumaq  üçün  bu  tur “U-16” komandasını  məğlub  etməli  idi.  Matçın  favoriti  tapşırığın  öhdəsindən  asanlıqla  gəlib  –  32:21.
Lideri  qarabaqara  izləyən  “Bakı”  kollektivi  də  turu  qələbə  ilə  başa  vurub.  Paytaxtın  eyni  adlı  təmsilçisi  “Təhsil”  komandası  üzərində  37:26  hesabı  ilə  qələbə  qazanıb.
11  oyundan  20  xal  toplayan  “Məhsul”  bütün  rəqiblərini  qabaqlayır.  “Bakı”  ondan  iki  xal  geri  qalır.  “Təhsil”  6  xalla  3-cü  pillədə  qərarlaşıb.  Aktivinə  xal  yazdıra  bilməyən  U-16  çempionatın  autsayderidir.

Digər Xəbərlər

Çimərlik həndbolu üzrə Azərbaycan çempionatına hazırlıqla bağlı tədbir keçirilib

2413 29.07.2017

Hakimlərimizə yeni təyinat verilib

2582 08.11.2018

17 yaşadək həndbolçu qızların Avropa çempionatı başa çatıb

2416 14.08.2023

“Azəryol” liderlə xal fərqini azaldıb

2422 24.02.2019

Yeniyetmələrin həndbol yarışında favoritlər qalib gəliblər

2385 15.04.2017

Kişi həndbolçularımız “Qraçanisa” klubu ilə oyuna hazırlaşır

2517 28.09.2022

Beynəlxalq turnir: “Qarabağ” (Azərbaycan) – “Alatau Arulary” (Qazaxıstan) 35:31

1765 30.08.2024

“Azəryol” yoxlama oyununda “Karpati”yə qalib gəlib

2637 03.09.2019