Oktyabrın 24-də qadın həndbolçuların Azərbaycan çempionatında bir oyun keçirilib. Tbilisidə təşkil olunan görüşdə Gürcüstanın “Olimpiya” kollektivi ilə Bakının “İdman Akademiyası” komandası üz-üzə gəlib.
Hakimlər Famil Qasımovla Eldar Əmirovun idarə etdiyi oyunda qalib müəyyənləşməyib. Baxmayaraq ki, gərgin və maraqlı mübarizə ilə yadda qalan görüşdə “İdman Akademiyası” qələbəyə yaxın olub. Matçın sonlarında rəqibi bir xal qabaqlayan Bakı həndbolçuları üstünlüyü qoruya bilməyiblər. Meydança sahiblərinin final fitinə az qalmış yerinə yetirdiyi 7 metrlik cərimə zərbəsi matçın yekun nəticəsini rəsmiləşdirib – 24:24.
Komandalar oktyabrın 26-da yenidən qarşılaşacaqlar.
Xatırladaq ki, razılaşmaya əsasən, Azərbaycan çempionatında mübarizə aparan Gürcüstanın “Olimpiya” komandası, 20 oyundan 10-nu Bakıda, qalanlarını isə Tbilisidə keçirəcək.
28.04.2025
"İdman Akademiyası"ndan inamlı qələbə
27.04.2025
Kubok mübarizəsi davam edir...
27.04.2025
Ölkə kubokunda daha üç oyun arxada qalıb...
26.04.2025
Ölkə kuboku turnirinə start verilib...
Həndbolçularımız Rusiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək
1485
30.05.2019
Gürcüstan seçmə komandası Avropa çempionatına hazırlıq üçün Bakıya gəlib
1500
24.02.2017
Həndbolçularımız Bolqarıstan kollektivi ilə qarşılaşıb
1407
25.04.2023
Nasser Salimi: Azərbaycan gəzməli-görməli yerləri və qonaqpərvər insanları ilə məni valeh edib
1354
17.06.2022
Azərbaycan çempionatı: IX turun ilk oyun gününün nəticələri
374
21.12.2024
AÇ-2024-ün seçmə mərhələsi: Azərbaycan - Şimali Makedoniya 22:37
831
03.04.2024
İsgəndər Əsgərov Buxarestə yollanacaq
1835
19.03.2019
"Nur" növbəti qələbəsini qazanıb
1464
04.02.2018