Kişi həndbolçuların 2022-ci ildə Macarıstan və Slovakiyada təşkil olunacaq Avropa çempionatının ilkin təsnifat mərhələsinin püşkü atılıb. Sentyabrın 28-də Vyanada keçirilən püşkatmanın nəticəsinə əsasən,“B” qrupunda qərarlaşan Azərbaycan seçməsi Kipr, Gürcüstan və Malta kollektivləri ilə yarışacaq.“A” qrupunda isə Lüksemburq, Böyük Britaniya, İrlandiya və Bolqarıstan komandaları mübarizə aparacaqlar.
Millimizin yer aldığı qrupun görüşləri Maltada təşkil olunacaq. 2019-cu il yanvarın 11-də Kiprlə qarşılaşacaq həndbolçularımız yanvarın 12-də Gürcüstanla, 13-də isə Malta ilə üz-üzə gələcəklər. Qarşılaşmalar Kospikua şəhərinin “Kottonera Sports Kompleks” arenasında keçiriləcək.
Qeyd edək ki, 2022-ci il Avropa çempionatının növbəti təsnifat mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaqlar.
.
28.04.2025
"İdman Akademiyası"ndan inamlı qələbə
27.04.2025
Kubok mübarizəsi davam edir...
27.04.2025
Ölkə kubokunda daha üç oyun arxada qalıb...
26.04.2025
Ölkə kuboku turnirinə start verilib...
Liderdən növbəti qələbə
1427
25.02.2023
Həndbolçularımız Ukraynada keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıblar
1437
10.04.2017
Ölkə kubokunda daha üç oyun arxada qalıb
42
27.04.2025
Avropa çempionatı: BIH (Bosniya və Herseqovina) - ISR (İsrail) 32:31
1039
13.08.2023
Həndbol hakimlərimiz nüfuzlu yarışlarda
1291
21.04.2022
"Məhsul" əsas rəqibini üstələdi
1455
18.01.2020
"Bakı" inamlı qələbə çalıb
1605
18.02.2018
“Kür” liderliyi davam etdirir
224
04.02.2025