Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Vaqif Əliyevlə Ələkbər Ağakişiyev ölkə tarixində ilk dəfə Avropa HəndbolFederasiyasının keçirdiyi qadınlar arasında “Challenge Cup” kubokunun finalına təyinat alıblar.
Hakimlərimiz mayın 13-də “MKS Perla Lublin” (Polşa) - “Rocasa Gran Canaria” (İspaniya) komandalarının final oyununu idarə edəcəklər.
V.Əliyev və Ə.Ağakişiyev uzun müddət həndbolçu kimi ölkə klublarının və milli komandamızın şərəfini qoruyublar. Hazırda V.Əliyev Milli Olimpiya Komitəsində fəaliyyət göstərir. Ə.Ağakişiyev isə AHF-nin hakimlər kollegiyasının sədridir. Onlar 2002-ci ildən Avropa Həndbol Federasiyasının hakimləridirlər. V.Əliyev və Ə.Ağakişiyev bu günə qədər 6 dəfə gənclər arasında Avropa çempionatının final, 7 dəfə AHF-nin Çempionlar Liqasının qrup və yarımfinal, tələbələr arasında dünya çempionatının final, AHF və “Challenge Cup” kuboklarının seçmə və yarımfinal, Avropa və dünya çempionatlarının xeyli sayda seçmə mərhələlərinin oyunlarına təyinat alıb. Bununla yanaşı, onlar Gürcüstan, Rusiya və Azərbaycan çempionatlarının oyunlarında, eləcə də beynəlxalq yoldaşlıq görüşlərində ədaləti təmsil ediblər.
50 ölkədən 300-ə yaxın hakimlər cütlüyünün təmsil olunduğu Avropa Həndbol Federasiyasının belə bir məsul qarşılaşmanı məhz Azərbaycan hakimlərinə həvalə etməsi qürurvericidir. Nəzərə almaq lazımdır ki, reqlamentə görə, oyun zamanı hakimlərin də təmsil etdiyi ölkənin bayrağı ucaldılır.
Bu təyinat heç də təsadüfi deyil. Qitə miqyaslı yarışların final görüşünü idarə etmək üçün hakimlərdən böyük təcrübə və peşəkarlıq tələb olunur ki, azərbaycanlı referilər də bu tələblərə yüksək səviyyədə cavab verirlər.
Qeyd edək ki, final oyununa Avropa Həndbol Federasiyasının nümayəndələri Ole R.Jorstad (Norveç) və Olimpiya çempionu Lyudmila Bobniyeva (Rusiya) da təyinat alıb. Avropa Həndbol Federasiyasının təsis etdiyi üç kubok yarışından biri olan “Challenge Cup” kubokunda 64 komanda mübarizə aparır.
Azərbaycan Həndbol Federasiyasının rəsmisi növbəti təyinat alıb
1969
17.01.2024
Kişi həndbolçuların Azərbaycan çempionatında daha altı qarşılaşma keçirilib
2515
27.11.2022
1/2 final: “Astana” (Qazaxıstan) - Özbəkistan millisi 35:36
1515
31.08.2024
"Azəryol" autsayderlə oyunda çətinlik çəkmədi
1981
14.03.2024
"Bakı" inamlı qələbə çalıb
2612
18.02.2018
“Qarabağ” favorit statusunu təsdiqlədi
1399
28.04.2024
Gənc hakimlərimiz Açıq Avropa çempionatının oyunlarında
1979
03.07.2024
“Azərsu” üçüncü dövrəyə qələbə ilə başladı
2663
24.01.2019