Paytaxtımız ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan beynəlxalq həndbol yarışına ev sahibliyi edir. Xatirə turnirində Azərbaycanın və Gürcüstanın kişi həndbolçuları mübarizə aparırlar. Ölkəmizi bu yarışda Azərbaycan çempionu “Bakı” və yenicə başa çatan çempionatın gümüş mükafatını qazanan “Məhsul” komandası təmsil edir. Həndbolçularımızın rəqibləri isə Gürcüstanın “U-20” və “Batumi” kollektivləridir.
Yarışın açılış mərasimində iştirakçılara Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədovun salamlarını çatdıran federasiyanın vitse-prezidenti Orxan Abbasov nitqinə ulu öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı ilə başlayıb. Ümummilli liderin idmana göstərdiyi diqqət və qayğıdan söz açan Orxan Abbasov həmin siyasətin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Federasiya rəsmisi Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının, təmsilçilərimizin beynəlxalq arenalarda böyük uğurlara imza atmasının məhz bu siyasətin bariz nümunəsi olduğunu bildirib.
Qonaqları gürcü dilində salamlayan O. Abbasov yarış iştirakçılarına uğurlar arzulayıb.
Turnirin ilk günündə keçirilən oyunlar həndbolçularımızın qələbəsi ilə nəticələnib. Azərbaycan çempionu “Bakı” Gürcüstanın “U-20” komandasına 36-34 hesabı ilə qalib gəlib. “Məhsul” isə “Batumi” üzərində daha inamlı qələbə çalıb – 37-28.
Mayın 10-da “Batumi” – “Bakı” və Gürcüstan “U-20” – “Məhsul” görüşləri keçiriləcək. Xatirə turnirinin qalibi mayın 11-də müəyyənləşəcək.
Qadın həndbolçulardan ibarət “Nur” klubu Avropa Həndbol Federasiyası kubokunda növbəti oyununu keçirib
2523
16.10.2017
Yeniyetmələr arasında Azərbaycan birinciliyinin zona yarışı başlanıb
2041
05.01.2024
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirik!
1259
25.02.2025
XXXI ölkə kubokunun püşkatma mərasimi keçirilib
1159
22.04.2025
16 dekabr tarixində Azərbaycan Həndbol Federasiyasının rəsmi “Facebook” səhifəsində və “YouTube” kanalında canlı yayımlanacaq qarşılaşmaların siyahısı
1814
15.12.2023
AHF-nin vitse-prezidenti Beynəlxalq Həndbol Federasiyasının 40-cı konqresində iştirak edəcək
152
19.12.2025
Hakimlərimiz Avropa Kubokunda
1351
25.11.2024
Kişilər arasında ölkə çempionatının 6-cı turu başlanıb
2789
09.12.2018