“Kür” liderlik mövqeyini qorudu

15.04.2024
1848
Paylaş:

Kişi həndbolçuların Azərbaycan çempionatında XVI turun oyunları keçirilib. Daha böyük maraqla gözlənilən görüşdə çempionatın lideri “Kür”lə onun ən yaxın izləyicisi “Azəryol” komandası üz-üzə gəlib. Mingəçevirdə keçirilən oyunu beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Ernest Ağakişi idarə edib. Qarşılaşmanın deleqatı isə  Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub. Meydançaya favorit qismində çıxan “Kür” ilk dəqiqələrdən təşəbbüsü ələ almaqla hesabda irəli çıxmağı bacarıb. Hücumların daha dəqiq zərbələrlə sona çatdırılması və qapıçı Aleksandr Milenkoviçin seyvləri ev sahibinin üstünlüyə yiyələnməsi ilə nəticələnib. Qonaqlar oyunun gedişində fərqi 3 topa endirməyə nail olsalar da, hissənin sonluğunu daha inamlı keçirən “Kür” fasiləyə üstün yollanıb - 16:10.


Vidadi Əliyevin komandası ikinci hissədə vəziyyəti dəyişməyə çalışsa da rəqibin müqavimətini qırmaq mümkün olmayıb. Ayuba, Simiç, Lekoviç kimi həndbolçuların təşkil etdiyi hücumlar daha effektiv alınıb ki, bu da hesab arasındakı fərqin bir qədər də artmasına gətirib çıxarıb. Rəqibi əksər göstəricilərdə üstələyən Mingəçevir həndbolçuları oyuna nəzarəti sonadək əldən verməyiblər və maraqlı mübarizə ilə yadda qalan görüş 34:27 hesabı ilə başa çatıb. Bu qələbə ilə xal sayını 24-ə yüksəldən “Kür” zirvədəki mövqeyini qoruyub. “Azəryol” la “Bakı”nın hərəyə 20 xalı var. “Qarabağ” 16 xalla 4-cüdür. “Təhsil” 6, “Dinamo” ilə “İdman Akademiyası” hərəyə 3 xalla sonrakı pillələrdə qərarlaşıb.

Digər Xəbərlər

Milli komandanın baş məşqçisi: “Ən yüksək hədəfimiz mükafatçılar sırasına düşməkdir”

339 25.10.2025

Azərbaycan çempionatı: V tur “Bakı” - “Azəryol” 29:31

1930 16.12.2023

U-18 millimiz Avropa çempionatına hazırlaşır

1785 23.07.2024

Milli komanda Kosovo sınaqlarına hazırlığı davam etdirir

1704 06.06.2024

"Bakı" ilə "Məhsul" ölkə kubokunun finalında

2360 02.03.2019

Avropa kuboku: Azəryol (Azərbaycan) - Yunion Kornoyburq (Avstriya) 26:40 (17:21)

341 04.10.2025

Azərbaycan çempionatı: III tur

1751 29.09.2024

Azərbaycanı Avrokuboklarda üç komanda təmsil edəcək

2463 08.08.2018