Azərbaycan çempionatı: “Bakı” turnir cədvəlində ikinci pilləyə yüksəldi

27.02.2024
2116
Paylaş:

Kişi həndbolçular arasında ölkə çempionatının 12-ci turunda “Azəryol” “Bakı”nı qəbul edib. Yarış cədvəlində 14 xalla qonşu pillələrdə qərarlaşan bu komandaların mübarizəsi maraqla gözlənilirdi. Ötən tur Mingəçevirdə lider “Kür” üzrəində inamlı qələbə qazanan “Azəryol” həndbolçularının bu qarşılaşma da qalib gələcəyinə inanlara çox idi. Lakin nominal qonaqlar ehtimalları alt-üst ediblər. Görüşə yaxşı başlayan “Bakı” həndbolçuları ilk hissədə  18:10 hesabı ilə irəli çıxıblar. Fasilədən sonra da meydan sahiblərinin mübarizədə dönüş yartamaq cəhdləri nəticəsiz qalıb. Görüşün sonuna kimi üstünlüyünü qoruyan “Bakı” yekunda 35:25 hesabı ilə qalib gəlib. 


12-ci turun digər oyununda “İdman Akademiyası” “Kür”lə qarşılaşıb. Lider Mingəçevir təmsilçisi səfərdə çətinlik çəkmədən qalib gəlb-40:29.


Bu qələbə ilə xallarının sayını 19-a çatdıran “Kür” ilk pillədəki yerini möhkəmləndirib. Bu tur “Azəryol” üzərində qələbə qazanan Bakı rəqibini qabaqlayaraq 2-ci pilləyə yüksəlib. Komandanın hesabında 16 xal var. Ondan 2 xal az toplayan “Azəryol” isə ilk üçlüyü tamamlayır.

Digər Xəbərlər

Liderdən növbəti qələbə

2383 25.02.2023

Azərsu – Olimpiya Tbilisi

2681 07.10.2018

X turun son oyununun nəticəsi

1886 11.02.2024

Ölkə çempionatında növbəti tur başlanır

1273 13.05.2025

Ölkə çempionu əsas rəqibinə qalib gəldi

2597 21.10.2019

Azad Rəhimov vəfat edib

2415 01.05.2021

"Bakı" Azərbaycan kubokunun finalında

1271 21.05.2025

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi 5-ci İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatına layiq görülüb

2486 14.08.2022