Cəlilabad komandası respublika finalına vəsiqə qazanıb

06.01.2024
2203
Paylaş:

Lənkəran Olimpiya İdman Kompleksində 2008-ci il və ondan kiçik təvəllüdlü yeniyetmələr arasında Azərbaycan birinciliyinin zona yarışı keçirilib.
Açılış mərasimində iştirakçıları salamlayan Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman Şöbəsinin müdiri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov onları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib. Belə yarışların keçirilməsinin vacibliyini vurğulayan mütəxəssis komandalara uğurlar arzulayıb.
Açılış mərasimindən sonra Dövlət himni səsləndirilib. 
Ardınca komandalara Azərbaycan Həndbol Federasiyası tərəfindən geyim dəstləri və toplar hədiyyə edilib.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışda Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara komandaları mübarizə aparıb.
İki gün davam edən zona yarışlarının nəticələrinə əsasən qalib və mükafatçılar müəyyənləşib. 
Həlledici qarşılaşmada Lənkəran komandasına 13:4 hesabı ilə qalib gələn Cəlilabad kollektivi baş mükafatın sahibi olub.
3-cü yeri Masallı – Lerik görüşündə qələbə qazanan Lerik komandası tutub.
Astara həndbolçuları isə Yardımlı komandası ilə 5-6-cı yerlər uğrunda oyundan qalib ayrılıblar.
Reqlamentə əsasən, 1-ci və 2-ci yerlərin sahibləri iyun ayında Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Digər Xəbərlər

Millimiz bu gün Litva ilə qarşılaşacaq

1915 28.02.2024

Azərbaycan çempionatı: I turun ilk oyun gününün nəticələri

1629 12.09.2024

"Qarabağ" Mingəçevirdən məğlub dönür

2350 12.04.2018

Milli komanda Kosovo sınaqlarına hazırlığı davam etdirir

1704 06.06.2024

Yeniyetmə həndbolçularımız açıq Avropa turnirində Rusiya və Slovakiya kollektivləri ilə üz-üzə gəliblər

2232 05.07.2018

Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib

2475 01.06.2021

Ramazan bayramınız mübarək!

1967 10.04.2024

Avropa Kuboku turnirində klublarımızın rəqibləri müəyyənləşdi

1381 15.07.2025