Kişi həndbolçular arasında Avropa Həndbol Federasiyasının Avropa kuboku turnirində ikinci mərhələnin oyunları böyük maraqla gözlənilir. Bu mərhələnin prinsipiallığı ilə seçilən görüşlərindən birində Türkiyənin “İzmir” və Yunanıstanın “Puleya” komandaları üz-üzə gələcəklər. Oktyabrın 23-ü və 24-də İzmirin “Celal Atik Spor Salon” arenasında təşkil olunacaq oyunlar gərgin mübarizə vəd edir. Püşkə əsasən Türkiyədə keçiriləcək hər iki qarşılaşmanın hakim inspektoru İsgəndər Əsgərov olacaq. Təcrübəli referi qarşılaşmalarda Avropa Həndbol Federasiyasının nümayəndəsi kimi təmsil olunacaq. Qeyd edək ki, İsgəndər Əsgərov Avropa Həndbol Federasiyasının ən təcrübəli hakim-inspektorlarından biridir.
Qadın həndbolçuların Azərbaycan çempionatında VI turdan sonra turnir cədvəli
2147
28.12.2023
Avropa çempionatı: BIH (Bosniya və Herseqovina) - ISR (İsrail) 32:31
2093
13.08.2023
“Azəryol” liderlə xal fərqini azaldıb
2422
24.02.2019
AHF-də iclas keçirilib
2833
14.11.2021
Ölkə çempionatı :“Bakı” çətin Mingəçevir səfərinə yollanır
1920
13.03.2024
Liderdən növbəti qələbə
2383
25.02.2023
İsgəndər Əsgərov “Start Elblaq” - “Trabzon Ortahisar” matçının EHF nümayəndəsi olacaq
547
26.09.2025
“Kür” üçüncü mərhələdə İslandiya təmsilçisi ilə qarşılaşacaq
1442
29.10.2024