Yeniyetmə həndbolçularımız “Challenge Trophy” turnirində ilk oyuna çıxıblar

30.05.2018
2299
Paylaş:

Milli  komandamız  Bosniya  və  Herseqovinanın  Tuzla  şəhərində  2000-2001-ci  il  təvəllüdlü  qızlar  arasında  keçirilən  “Challenge  Trophy”  turnirinə  məğlubiyyətlə  başlayıb.

İlk  qarşılaşmada  ev  sahibləri  ilə  üz-üzə  gələn  həndbolçularımız  16:34  hesabı  ilə  uduzublar.

Qrupun  digər  matçında  Lüksemburq  seçməsi  Böyük  Britaniya  kollektivinə  qalib  gəlib  -  28:20  .

"B"  qrupunda  mübarizə  aparan  millimiz  mayın  30-da  Lüksemburqla  qarşılaşacaq.  Bosniya  və  Herseqovina  komandasının  rəqibi  isə   Böyük  Britaniya  həndbolçuları  olacaq.

Qeyd  edək  ki,  "A"  qrupunda  keçirilən  görüşlərdə  Belçika  komandası  Estoniya  millisinə  31:18,  Moldova  kollektivi  Kipr  təmsilçisinə  30:22  hesabı  ilə  qalib  gəlib.  Yarışın  ikinci  günündə  Kipr  Estoniyanı,  Belçika  Moldovanı  sınağa  çəkəcək.

Digər Xəbərlər

Qadın həndbolçularımıza Danimarkanın “Hummel” şirkətinin mükafatları təqdim olunub

2366 09.06.2017

Avropa Kuboku: Kur - Jomi Salerno 19:29

2510 23.09.2023

Ölkə çempionatı: IV turun ilk oyun gününün nəticələri

109 09.01.2026

Azərbaycan kuboku turnirində növbəti oyunlar olub

2645 15.12.2018

Azərbaycan çempionatı: növbəti oyun gününün nəticələri

1498 14.12.2024

Kişi həndbolçuların Azərbaycan çempionatında 13-cü turun oyunları keçirilib

1736 08.03.2024

“Kür” Azərbaycan çempionudur

1835 13.05.2024

İlaxır – Torpaq çərşənbəniz mübarək!

2171 19.03.2024