Bakıda beynəlxalq həndbol turniri davam edir

11.05.2018
2384
Paylaş:

Ulu  öndər  Heydər  Əliyevin  anadan  olmasının  95-ci  ildönümünə  həsr  olunan  beynəlxalq  həndbol  turnirinin  ikinci  günündə  növbəti  oyunlar  keçirilib.

Ölkə  çempionu  “Bakı”  ilə  “Batumi”nin  görüşü  daha  böyük  maraqla  gözlənilirdi.  Gərgin  idman  mübarizəsi  şəraitində  keçən  oyun  42:40  hesabı  ilə  qonaqların  xeyrinə  nəticələnib.  Digər  təmsilçimiz  “Məhsul”  isə  Gürcüstanın  “U-20”  komandasını  məğlubiyyətə  uğradıb  -  30:26.

Xatırladaq  ki,  turnirin  ilk  günündə  keçirilən  oyunlar  həndbolçularımızın  qələbəsi  ilə  başa  çatmışdı.  “Bakı”  Gürcüstanın  “U-20”  komandasına  36:34,  “Məhsul”  isə  “Batumi”yə  37:28  hesabı  ilə  qalib  gəlmişdi.

Xatirə  turnirinə  mayın  11-də  yekun  vurulacaq.  Yarışın  sonuncu  günü  “Batumi”  kollektivi  Gürcüstanın  “U-20”  komandası  ilə,  “Bakı”  həndbolçuları  isə  “Məhsul”la  üz-üzə  gələcəklər.

Digər Xəbərlər

2024-cü il Avropa çempionatının təsnifat mərhələsi: Azərbaycan - İspaniya 18:38

2028 14.10.2023

"Bakı" ilə "Məhsul" ölkə kubokunun finalında

2360 02.03.2019

“Nur” komandasının Avrokubok oyunlarındakı hakimləri məlumdur

2229 26.08.2017

“Azəryol” və “Azərsu” Azərbaycan çempionatına hazırlığı davam etdirir

2344 29.07.2017

Rəfiqə Şabanova Fəxri fərmanla təltif olunub

3380 31.10.2018

Azərbaycan - Qətər oyunu oyunu ləğv olundu

229 13.11.2025

Həndbolçularımız Tbilisidə keçiriləcək mötəbər yarışa qatılacaqlar

2316 22.04.2021

Azərbaycan çempionatı: III turun son oyunu

1592 30.09.2024